Millət vəkilləri Siyavuş Novruzov, Mahir Aslanov və Rauf Əliyev iyulun 3-dən Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, millət vəkilləri Bolqarıstan-Azərbaycan əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər çərçivəzində millət vəkilləri ölkə parlamentində olacaq, Bolqarıstanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcəklər.
Səfər iyulun 6-da başa çatacaq.
Modern.az