Modern.az

Yeni media bizi hara aparır

Yeni  media bizi hara aparır

3 İyul 2012, 11:37

Həyatımızın  ayrılmaz hissəsi olan  müasir internet haqqında hələ  çox  narahatlıqlar  səslənəcək. Təbii ki, daim yenilən  bu sistemin  fəsadları qaçılmazdır. Belə demək mümkündürsə, internetin  bölmələrindən  biri də mediadır. Bütün interneti o cümlədən  sosial şəbəkələri media kimi qəbul etmək  yanlış  olar.

Düzdür bəzi insanlar  internet jurnalistikasını ciddi media sahəsi kimi qəbul etmir. Ancaq bu sahə kimin necə düşünməsindən asılı olmayaraq  sürətli inkişaf yolundadır. İnternet jurnalistikası  müasir çap mətbuatını üstələməklə bərabər  hətta bir çox hallarda televiziyalarla  rəqabət aparır.  Bu resurslardan informasiya alan insanların sayı isə günbəgün  artmaqdadır.

İnternet jurnalistikası ilə bağlı  bir neçə narahatedici məqama toxunmaq istərdim. Təəssüflə qeyd eməliyik ki, bu sahədə xoşagəlməz proseslər  artmaqdadır. Bu proseslərin internet jurnalistikasını hara aparacağı bəlli deyil. Bəzən sosial şəbəkələr bu media sahəsini üstələyir. Bir çox hallarda  sosial şəbəkələrin  ciddi  internet mediasını  üstələməsi və sıradan çıxarması  təhlükəsi  hiss olunur. 

Bu tendensiya  yalnız internet jurnalistikası üçün deyil, ümumilikdə, ənənəvi  media üçün  də başağrısına çevrilə bilər. Açığı sosial  şəbəkələrin gələcəkdə  uğurlu və davamlı olacağı  şübhə döğurur. Hal-hazırda isə bütün mənfi çalarlarına baxmayaraq  sosial şəbəkələr hələki uğurlu ünsiyyət vasitəsi olaraq qalır.

İctimai məsuliyyət ənənəvi media üçün həmişə önəmli məsələ olub. İnternet jurnalistikasında və ümumiyyətlə, digər elektron şəbəkə istifadəçiləri üçün məsuliyyət məsələsi bir çox hallarda  problemə çevrilir. Azərbaycan cəmiyyətində bu məsələlərin araşdırılması və problemlərin həllinə kömək məqsədilə maarifləndirici layihələrin həyata keçirilməsinə ehtiyac var. Yəni nəyi isə yasaq etməklə və yaxud qanunu sərtləşdirməklə məsələ bitmir. Görünür, bir çox hallarda insanları  məlumatlandırmaqla  problemlərin  qismən də olsa, çözümünə dəstək olmaq mümkündür.

Heç şübhəhisiz  dünya  mediasında   internet jurnalistikası  oturuşmuş, ixtisaslaşmış   resurslara çevirilməkdədir. Bü gün dünyada yeni media  ali məktəblərin, tanınmış universitetlərinin  jurnalistika  fakültələrində  bir ixtisas kimi tədris olunmaqla yanaşı  xeyli sayda ədəbiyyatlar əcnəbi dillərdə çap olunur.

Bu sahədə  Azərbaycanda  vəziyyət fərqlidir. Azərbaycan dilində  azdan-çoxdan çap olunan kitablara  diqqət yetirəndə görürsən ki, bu vəsaitlər yalnız internet texnologiyalarına həsr olunub. Bu kitabların jurnalistika ilə  bağlılığı yoxdur. Bu da ciddi bir problemə yol açır ki,  internet jurnalistikasına qədəm qoyan, ümumiyyətlə,  bu sahədə  yetərincə  məlumatı olmayan gənc yazarlar əliyalın qalırlar.  Məlumatsızlıq  qeyri-peşəkarlığa, məsuliyyətsizliyə, qeyri dədəqiqliyə gətirib çıxarır. Bir sözlə  köhnə  qurtarır, təzə isə yetişməyib. 

Mənim  sözlərim  o anlama gəlməməlidir ki, çap mətbuatının üstündən  xətt çəkmək lazımdır.  

Xeyr.  Çap mətbuatının  nə qədər ki, alıcısı və oxucu auditoriyası var qalmalıdır. Digər tərəfdən  hələ   mətbuta   tələbat  tükənməyib. Təbii ki, məhsulun istehlakçısı yoxdursa o zaman istehsal dayanacaq.

Deməli, internet mediasının azadlığını məhdudlaşdırmadan  bir sıra addımların atılmasına ehtiyac var. İlk öncə  yeni medianın  tədrisi işi sürətlənməli və təkmilləşməlidir. Bu sahədə  mövcud olan  ədəbiyyatlar zənginləşməlidir. Digər bir vacib məqam odur ki, Azərbaycan mediasının ən ciddi  problemi olan reklam bazarının inkişafı ilə bağlı addımlar atılmalıdır. İqtisadi çevrənin genişlənməsi  yeni medianın  özünün təsdiqində əhəmiyyətli olar.

İndi isə media mühitində  “Qara piar”la bağlı bəzi  məqamlaraq  diqqət  yetirmək istərdim.

Yetərincə ictimai məsuliyyətin formalaşmadığı internet şəbəkələrində bütün məqamlarda təxribatların törədilməsi, kiminsə əleyhinə qara piar kampaniyası aparılması gözləniləndir.
Baxmayaraq bəzi xarici ölkələrdə bu sahədə qanunlar qəbul edilib, müəyyən təcrübə var. Ancaq burada çox vacib məsələ var. Bu da ondan ibarətdir ki,  elektron şəbəkədə məsuliyyət, hüquqi öhdəlik məsələsi və sərhədlər  tam müəyyənləşməyib. Bu tək Azərbaycanda deyil, dünyada mövcud olan və həlli gözlənilən problemlərdəndir.

“Qara piar”dan zaman-zaman müxtəlif məqsədlərlə bəzi insanlara qarşı istifadə olunub. Bu bütün kütləvi informasiya vasitələrində yaşanan acınacaqlı haldır.  Ümumiyyətlə, “qara piarı”   həm  çap mətbuatında, həm də internet mediasında yaradan səbəblər var. Ona diqqət yetirib aradan qaldırılmasına çalışmaq lazımdır. Bəs, “qara piarın” yaranmasına hansı amillər şərait yaradır?

Media sistemində sağlam iqtisadi maraqların, rəqabətin  zəif olması və  bir çox hallarda  media rəhbərliyi tərəfindən məsuliyyətin dərk edilməməsi “qara piara” yol açır. Faktların dəqiqləşdirilməsində problemlər olur. Hansısa şəxsi axtarıb tapmaq və həmin şəxsin mövqeyini öyrənmək  müşkülə çevrilir. Bəlkə də burada jurnalistin heç bir qərəzçiliyi yoxdur. Lakin yazı “qara piar” kimi qəbul olunur. Nəhayət  sifarişli və həddən artıq qərəzli yazıları qeyd etmək lazımdır. Həmin məqalələri oxuyanda məlum olur ki,  bu birbaşa “qara piar”dır.

Yeni medianın digər problemləri olan plagiatçılıq, ədəbi  dilın bərbadlığı və s. haqqında da danışmaq olar. Ancaq internet jurnalistikasında bu gün kifayət qədər    innovativ yenilikləri, sürətli  informasiya siyasəti ilə önə çıxan resurslar az deyil. Bu da yeni medianın Azərbaycanda oturuşmasından  xəbər verir.   

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var