Modern.az

İlham Əliyev və xanımı London Olimpiadasına gedən idmançılarla görüşüblər

İlham Əliyev və xanımı London Olimpiadasına gedən idmançılarla görüşüblər

3 İyul 2012, 12:07

Bu gün Bakıdakı Heydər Əliyev Mərkəzində Londonda keçiriləcək XXX yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan heyətinin yola salınması mərasimi keçirilib.
APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, idmançılar iştirak ediblər.

Qeyd olunub ki, London Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.

Azərbaycan nümayəndə heyətinin üzləri də tədbirdə çıxış ediblər. Sonda idmançılar Azərbaycan bayrağını öpərək and içiblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək