Modern.az

Nazirlik hər iki valideynini itirmiş bacı-qardaşı himayəyə götürdü

Nazirlik hər iki valideynini itirmiş bacı-qardaşı himayəyə götürdü

Aktual

14 Oktyabr 2020, 14:43

Gənclər və İdman Nazirliyinin kollektivi 11 oktyabra keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib.

 

Bu barədə Modern.az-a Nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

 

Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza