Modern.az

Hafiz Hacıyev 10 nəfərə pul payladı

Hafiz Hacıyev 10 nəfərə pul payladı

3 İyul 2012, 13:52

Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Modern.az-a MMP mətbuat xidmətindən məlumat verilib.

Toplantıda öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib, məsələynin siysi-iqtisadi tərəfləri haqda müxtəlif fikirlər söylənilib. Xüsusən qonşu dövlətlərdə baş verən hadisələr, onların baş vermə qaynaqları, Azərbaycanın bu gərgin məqamlarda mövqeyi və rolu, həmçinin maraq doğuran digər məsələlərə fərqli istiqamətlərdən yanaşmalar olub.

Sonra ölkədaxili məsələlər, hakimiyyət və müxalifət cəbhəsindəki mövcud durum, hadisələrin inkişafında tərəflərin atdığı addım və tutduqları mövqe müzakirəyə çıxarılıb. Toplantı iştirakçıları son günlər radikal bəyanatlar verən və xalqı üsyana səsləyən qüvvələrin birdən-birə fəaliyyətsiz duruma düşməsinin səbəblərini araşdırıb.
Toplantıda çıxış edən partiya üzvləri müxalifətin daxilində bir qrup satqınların olduğunu və həmin insanların fəaliyyəti nəticəsində partiyaların bir araya gələ bilməmələrini qeyd edib.   

Daha sonra partiyadaxili məsələlər müzakirə edilib. MMP-nin son bir ayda fəaliyyəti, təşkilatlanmanın səviyyəsi, verilən tapşırıqların icrası və ən önəmi rayon təşkilatlarında 2013-cü il prezident seçkilərinə hazırlıq üçün lazım olan işlərin uğurlu alınması üçün görüləcək işlər müzakirə edilib və partiya təşkilat sədrlərinə müvafiq tapşırıqlar verilib.

Toplantının sonunda partiyada yaradılmış təbliğat-təşviqat  quruplarının rəhbərlərinin hər birinə  xalq arasında apardığı uğurlu təbliğat işlərinə görə 100 AZN məbləğində mükafat verilib.

Mükafat alanlar;

          1.Alıyeva Rəbiyə Fəxrəddin qızı

           2.İsmayılova Tərlan Məmməd qızı

            3.Həziyeva Anaxanım Müslüm qızı

            4.Məmmədova İlhamə Tofiq qızı

             5.Nəcmıddinova Tamella Tahir qızı

             6.Rəhimova Cəmilə Məhəmməd qızı

             7.Rüstəmov Namiq Cəfər oğlu

             8.Qasımov İsmət Tahir oğlu

             9.Cəfərov Taleh Əli oğlu

            10.Əliyev Qasım Kazım oğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək