Modern.az

Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhdin qarşısı alındı

Aktual

14 Oktyabr 2020, 23:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Modern.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza