Modern.az

Zelenski bu gün Türkiyəyə gedir

Zelenski bu gün Türkiyəyə gedir

Aktual

15 Oktyabr 2020, 07:22

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə iki günlük rəsmi səfər edəcək.

 

Modern.az bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

 

Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq. 

Səfər çərçivəsində  Ukrayna və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayacaqlar.

 

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza