Modern.az

Faiq Ağayev əsgərlərə söz verdi: “Sizə ayaqyalın konsert verəcəyəm!”

Faiq Ağayev əsgərlərə söz verdi: “Sizə ayaqyalın konsert verəcəyəm!”

Aktual

15 Oktyabr 2020, 09:05

Xalq artisti Faiq Ağayev Ordusuna dəstək olub. Sənətçi əsgərlərimizə hədiyyə və məktub göndərib.

 

Modern.az xəbər verir ki, Faiq Ağayev məktubda bunları qeyd edib:

 

“Əziz, sevimli, igid qardaşlarım!

 

Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların duaları sizinlədir!

 

Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam!

 

Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur!

 

Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın!

 

Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!

 

Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!

 

İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı