Modern.az

Qırğızıstana yeni Baş nazir təyin olundu

Qırğızıstana yeni Baş nazir təyin olundu

Aktual

15 Oktyabr 2020, 09:16

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Sadır Jarapovun ölkənin Baş Naziri vəzifəsinə təyin olması barədə Fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə dövlət başçısının Mətbuat xidmətindən məlumat verilib.

 

“Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov oktyabrın 14-də “Qırğız Respublikası Baş Nazirinin və hökumət üzvlərinin təyin edilməsi haqqında” Fərman imzalayıb", - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

 

Daha əvvəl Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş Nazir Kubatbek Boronovu istefaya göndərmişdi. 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza