“Şəhid övladı olmaq qürurvericidir”. Bunu Modern.az-a atası 1-ci Qarabağ müharibəsində şəhid olmuş Aynur Yunanova bildirib.
O qeyd edib ki, şəhid övladı olmaq maddi və mənəvi cəhətdən ağır, həm də qürurverici hissdi. Atasız, ana tərəfindən böyüdülmək çox çətindir:
“Müharibə, şəhid mövzusundan söhbət düşərkən fəxrlə danışıram. Atam olmayanda hər çətinliklə qarşılaşmışam. Ən çox mənəvi cəhətdən əziyyət çəkmişəm. Qız övladı üçün atanın, arxa-dayağın olmağı çox vacibdir”.
Şəhid övladın sözlərinə görə, atası Yunanov Fazil Firudin oğlu 1-ci Qarabağ müharibəsində Daşaltı əməliyyatının Könüllülər batalyonunda iştirak edib.
Fidan İlqarqızı