Ötən sutka ərzində Bakı şəhərinin Binəqədi və Yasamal rayonları üzrə iki nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə iki müraciət daxil olub.
Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onların liftdən çıxarılması təmin edilib.