Modern.az

Qərbi Kaspi Universitetinin tələbələri onlayn olimpiadada uğur qazandılar

Qərbi Kaspi Universitetinin tələbələri onlayn olimpiadada uğur qazandılar

Aktual

15 Oktyabr 2020, 10:32

Rusiya Federasiyası Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə Üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının Beynəlxalq Monitorinq İnstitunun Bakı filialı tərəfindən Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Dünya ölkələrinin seçki sistemləri adlı internet-olimpiada keçirilib.

 

Modern.az xəbər verir ki, tələbələr Avropa və MDB ölkələrinin seçki qanunvericilikləri ilə bağlı sualları cavablandırıblar.

 

Yekun nəticələrə görə, Qərbi Kaspi Universitetinin tələbələri - Kamran Kazımzadə ikinci, Aida Magomedova isə üçüncü yerə layiq görülüblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza