Modern.az

İlham Əliyev fəxri qızıl nişana layiq görülüb

İlham Əliyev fəxri qızıl nişana layiq görülüb

3 İyul 2012, 15:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə” Fəxri qızıl nişana layiq görülüb.

Modern.az AzərTAc-a istinadən  xəbər verir ki, ÜHİK-in baş katibi Vladimir Şerbakovun imzaladığı qərarda deyilir:

“Azərbaycan Respublikası həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətləri, həmkarlar ittifaqları üzvlərinin sosial-iqtisadi hüquqlarının, mənafelərinin və azadlıqlarının müdafiəsinə, həmkarlar ittifaqlarının beynəlxalq səviyyədə nüfuzunun artırılmasına əvəzsiz şəxsi töhfəsi, qətiyyətli və prinsipial mövqeyi, MDB-nin qorunub saxlanması və inkişafı, sosial-iqtisadi və siyasi sahələrə inteqrasiya üzrə çoxillik səmərəli fəaliyyəti nəzərə alınaraq və anadan olmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev ÜHİK-in “Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə” Fəxri qızıl nişanı ilə təltif edilsin”.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək