Dörd illik fasilədən sonra Rusiyanı yenidən BMT-nin İnsan Hüquqları Şurasına üzv seçdilər.
Modern.az xəbər verir ki, qərar BMT-nin Baş Assambleyasında qəbul olunub. 193 ölkədən 158-i Rusiyanın namizədliyini dəstəkləyib.
Şuraya Rusiyadan əlavə, növbəti üç il üçün 14 ölkə də üzv seçilib: Boliviya, Böyük Britaniya, Qabon, Çin, Kot-dİvuar, Kuba, Malavi, Meksika, Nepal, Pakistan, Seneqal, Özbəkistan, Ukrayna, Fransa.
Yeni heyət 2021-ci il yanvarın 1-dən işə başlayacaq.
Tərkibinə 47 dövlətin daxil olduğu İnsan Hüquqları Şurası BMT-nin hökumətlərarası orqanı olub, dünyada bütün insan haqlarının təşviqi və müdafiəsini öz üzərinə götürüb. Şuraya üzv olan dövlətlərin səlahiyyəti üç il davam edir. Seçkilər gizli səsverməyolu ilə keçirilir, namizəd ölkə minimum 97 səs toplamalıdır.