Modern.az

Füzulidə daha 2 evə mərmi düşdü

Füzulidə daha 2 evə mərmi düşdü

Aktual

15 Oktyabr 2020, 14:15

Füzuli rayonu Zobucuq qəsəbəsi Ermənistan silahlıları tərəfindən mütəmadi olaraq atəşə məruz qalır.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, düşmən təxribatı nəticəsində ziyan görən Zobucuq qəsəbəsində sakinlərin əhval-ruhiyyəsi çox yüksəkdir. Qəsəbə ərazisinə bu müddət ərzində xeyli sayda mərmi düşüb. Atılan mərmilər 2 evi yararsız vəziyyətə salıb, daha bir-neçə evin yaxınlığına düşən mərmi isə ətrafa zərər yetirib.

 

Düşmənin bütün təxribatlarına baxmayaraq zobucuqlular ata-baba yurdlarında yaşamağa davam edirlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza