Modern.az

Jurnalist təşkilatlarının 22 iyul planları…

Jurnalist təşkilatlarının 22 iyul planları…

3 İyul 2012, 16:56

22 iyulda milli mətbuatın yaranmasının 137 illiyi qeyd ediləcək. 1875-ci il 22 iyul tarixində H. Zərdabinin “Əkinçi” qəzetinin nəşr ilə başlanılan bu tarixi gündə bəs jurnalist təşkilatları nə kimi tədbirlər keçirməyi planlaşdırır?

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Modern.az bildirib ki, onlar xüsusi tədbir keçirməyi planlaşdırmırlar. “Bildiyiniz kimi uzun illər biz “Media açarı” yazı müsabiqəsi keçirmişik, amma hazırda o yazı müsabiqəsində iştirak etmirik. Həmin günlə əlaqədar tədbir keçirməyəcəyik, amma təşkil edilən tədbirlərdə iştirak edəcəyik”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev qeyd edib ki, 22 iyulda onlar regional KİV-lə bağlı tədbir keçirməyi planlaşdırırlar.
““Media açarı” yazı müsabiqəsi iyulda deyil, ilin sonunda keçirilir. Ona görə mətbuat günündə bu müsabiqə olmayacaq. Amma regional KİV-lə bağlı tədbirimiz var. Ümumiyyətlə, regional KİV-lə az məşğul olunduğu üçün bu bayram onlardan yan keçir. Hazırda “Ən yaxşı regional KİV” və “Ən yaxşı yazı” nominasiyasında müsabiqə elan etmişik, onları mükafatlandıracağıq”.

Jurnalist Həmkarları İttifaqı sədri Müşfiq Ələsgərli bildirib ki, onlar KİVDF və Mətbuat Şurasında təmsil olunduqları üçün onlarla birgə tədbir keçirirlər və planlarını onlara uyğunlaşdırırlar. “Amma əlahiddə, xüsusi tədbir keçirməyi planlaşdırmamışıq”.

Azərbaycan Jurnalist Qadınları Assosiasiyasının sədri Sevil Yusifova onlar ilk müstəqil informasiya agentliyi olan “AssA-İradə”nın qurucularından olan İradə Vəkilovanı anacaqlar.
“Bundan əlavə, qadın jurnalistlərdən ibarət kollektivlə Xaçmaza səfər edəcəyik. Ümumiyyətlə, tədbirlər planımız var, bəziləri hazırlanır, bəziləri də dəqiqləşdirilir”.

Aytən Əliyeva
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu