1875-ci ildə əsası qoyulan mətbuatımızın bu il 137 illiyi qeyd olunacaq. 137 yaşlı mətbuatımızın hazırda ən qocaman jurnalisti mətbuat tədqiqatçısı professor Şirməmməd Hüseynovdur. Ş.Hüseynov 1924-cü il doğumlu - 88 yaşlıdır. Bəs mətbuatımızda Ş.Hüseynovdan sonra ən yaşlı jurnalist kimlərdir?
Modern.az qocaman jurnalistlərin kim olduğunu öyrənməyə çalışıb.
“Ədalət” qəzetindən bildiriblər ki, qəzetin ən qocaman jurnalisti Məzahir Əhmədovdur. Məzahir müəllimin 62 yaşı var.
“İki sahil” qəzetinin də ən yaşlı jurnalisti “Ədalət” qəzetinin yaşlı jurnalisti ilə yaşıddır. Qəzetin qocaman jurnalisti Xuraman Məmmədovadır, 62 yaşı var.
“Azərbaycan” qəzetinin ən yaşlı jurnalistləri Əhməd İsayev və Zeynal Vəfadır. Onların yaşı 70-75 arasındadır. Qəzetin digər qocaman jurnalisti 61 yaşında olan baş redaktor Bəxtiyar Sadıqovdur. B.Sadıqovdan sonra qəzetin yaşlı jurnalistləri arasında Flora Xəlilzadə və qəzetin şöbə müdiri İradə Əliyevadır. Onların hər ikisi 55-56 yaş arasındadırlar.
“Respublika” qəzetində isə Azərbaycanın ən qocaman jurnalisti çalışır. Qəzetin yaşlı jurnalisti Teymur Əhmədov 82 yaşındadır. O, hazırda baş redaktordur.
“Ədəbiyyat qəzeti”nin də ən yaşlı jurnalist elə qəzetin baş redaktoru Ayaz Vəfalıdır. A.Vəfalı 75 yaşındadır. Bundan başqa, qəzetin digər yaşlı jurnalisti yaşı 60-a yaxın olan Adil Cəmildir.
“Mərkəz” qəzetindən isə bildiriblər ki, qəzetin elə də yaşlı işçiləri yoxdur. İşçilərin maksimum yaşı 40-a qədərdir.
AzərTAc-da ən yaşlı jurnalist baş direktorun müavini 63 yaşlı Dağbəyi İsmayılovdur. D.İsmayılovdan sonra Yaşar Quluzadə, Əhməd Məmmədov və Araz Rüstəmov agentliyin yaşlı jurnalistlərindəndir. Yaşları 60-dan yuxarıdır.
“525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, qəzetin ən yaşlı jurnalisti Yaşar Əliyevdir.
“Yeni Müsavat” qəzetindən isə bildirdilər ki, qəzetin işçiləri arasında elə də yaşlı jurnalist yoxdur. Maksimum 50-55 yaş arasındadır.
“Mədəniyyət” qəzetinin isə ən yaşlı jurnalisti Tahir Abbaslıdır. T.Abbaslının 62-63 yaş arasında olduğunu bildirdilər.
“Səs” qəzetinin isə qocaman jurnalisti 60 yaşlı Valeh Məhərrəmlidir. Qəzetin şöbə müdiri Rəfiqə Kazımqızı 56 yaş və işçisi Zümrüd Bayramova isə 52 yaşındadır.
“Yeni Azərbaycan” qəzetində isə yaşlı jurnalistlər yoxdur. Qəzetdən bildiriblər ki, işçilərin ən maksimum yaşı 40-a qədərdir.
“Kaspi” qəzetinin jurnalistləri isə cavandır. Redaksiyadan bildirdilər ki, çalışanların əksəriyyəti 45-50 yaş arasındadırlar.
Sevinc İltifatqızı