Çinin Şengzen vilayətində insanlara yerli mağazalarda istifadə etmək üçün lotereya yolu ilə 10 milyon yuan (1,5 milyon ABŞ dolları) dəyərində kriptovalyuta paylanılıb.
Modern.az-a xəbər verir ki, lotereyada 2 milyon insan iştirak edib. Bunun isə 50 mini qalib elan olunub.
Qaliblər Renminbi tətbiqini yükləyərək kriptovalyutalarını ala və regiondakı 3 min mağazada istifadə edə bilərlər.
Xatırladaq ki, Çində kriptovalyutaların dövriyyəyə buraxılmasını Mərkəzi Bank həyata keçirir.