Modern.az

Paytaxtda suyun verilişində fasilə olacaq

Paytaxtda suyun verilişində fasilə olacaq

3 İyul 2012, 18:15

Bakının bir neçə rayonunda içməli suyun verilişində müəyyən fasilələr olacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektində körpü və tunel tikintisi ilə əlaqədar olaraq, ərazidən keçən 1200 mm-lik magistral su kəmərinin yeri dəyişdirilir.

Bununla əlaqədar 3, 4 və 5 iyul tarixlərində paytaxtın Nizami, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək