Modern.az

AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alına bilər

AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alına bilər

Aktual

16 Oktyabr 2020, 09:06

AVRO-2020-nin formatı dəyişdirilə bilər.

 

Modern.az-ın Apasporta istinadən xəbər verir ki, UEFA koronavirus pandemiyası üzündən yarışa ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq niyyətindədir.

 

Hətta yarışın 1 ölkənin 4 stadionunda keçirilməsi variantı da müzakirə edilir. Bu addım pandemiya dövründə komandaların az səfər etməsi məqsədilə atılacaq.

 

Bildirilib ki, Dağlıq Qarabağda baş verən hadisələrə görə Bakı, həmçinin Sankt-Peterburq siyahıdan çıxarılan ilk şəhərlər olacaq.

 

Qeyd edək ki, 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza