Modern.az

Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar

Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar

Aktual

16 Oktyabr 2020, 09:12

Eyni zamanda həm adi qrip, həm də COVID-19 əleyhinə burun spreyi hazırlanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, spreyi Honkonq Universitetinin alimləri düzəldiblər.

 

Spreyin tərkibində qripə və koronavirusa qarşı peyvənd var. Sprey-peyvəndin insanlar üzərində sınaqlarına gələn ay başlanıla bilər. Ehtimal edilir ki, sprey virusların, o cümlədən COVID-19 infeksiyasının birbaşa burunda məhvinə kömək edəcək. Viruslar adətən insan orqanizminə burun vasitəsilə düşürlər.

 

Peyvənd-spreyin klinik sınaqlardan keçirilməsi üçün əvvəlcə 100-ə yaxın adam cəlb etmək planlaşdırılır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza