Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etməmələri tövsiyə edilib.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.
Bu tövsiyəyə səbəb sanitar-epidemioloji vəziyyətin pisləşməsi, koronavirusa yoluxmuş aktiv xəstə sayının artmasıdır