Modern.az

“Ümid edirəm ki, noyabrın 2-dən dərslərə davam edəcəyik” - Təhsil naziri

“Ümid edirəm ki, noyabrın 2-dən dərslərə davam edəcəyik” - Təhsil naziri

Aktual

16 Oktyabr 2020, 11:17

“Son günlərdə koronavirusa yoluxma halının sürətlə artmasını və ölkədəki hərbi vəziyyəti də nəzərə almaqla müvafiq qərar verilib. Vətəndaşlarımızdan bunu anlayışla qəbul edəcəyini düşünürük”.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev Nazirlrə Kabineti yanında Operativ Qərargahın birifindində bildirib.

 

E.Əmrullayevq eyd edib ki, yoluxma sayının artması təhsil müəssisələrində də artıma təkan verə bilər:

 

“Bunu nəzərə alaraq iki həftəlik müddətə ölkə ərazisində bütün məktəblərdə tətil elan olunub. İnanmaq istəyirik ki, iki həftə ərzində virusun yayılmasını azalda bilərik. 

 

Sentyabrın 27-dən qonşu Ermənistanın təcavüzü nəticəsində həm təhsil müəssisələri, həm də mülki əhaliyə qarşı raket hücumu həyata keçirilib, cəbhədə 40-a qədər məktəbə ziyan dəyib. 1221 təhsil müəssisəsi bu səbəbdən distant təhsilə keçib”.

 

Nazir qeyd edib ki, yoluxma sayındakı artım səbəbilə sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəb bağlanmışdı:

 

“Amma son günlər hər gün 10-15 məktəbi bağlamağa məcbur olurduq. 

 

İnanmaq istəyirəm ki, cəmiyyətin davranışları nəticəsində virusun yayılma zənciri qırılacaq və noyabrın 2-dən etibarən dərslərə davam edəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza