Modern.az

Azərbaycana koronavirusla bağlı yeni aparatlar gətirilib

Azərbaycana koronavirusla bağlı yeni aparatlar gətirilib

Aktual

16 Oktyabr 2020, 11:42

Testin sayının azalması və ya artması pozitiv nəticələrə təsir etmir.


Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabienti yanında Operativ Qərargahın birifinqində bildirib.


Y.Qarayeva qeyd edib ki, həftəsonları test nəticələrinin sayı azalır:


“Test sayları həm də təmaslarla əlaqədardır. Biz heç bir zaman rəqəmlərə əsaslanmırıq. Biz göstəricilərlə və faizlərlə müqayisə aparırıq. Artım var deyiriksə, deməli araşdırma aparıb bunu deyirik”.

 

TƏBİB rəsmisi deyib ki, Azərbaycana virusun genomonumunu öyrənə bilən aparatlar gətirilib:

“Tallasemiya Mərkəzində belə araşdırmalar aparılacaq. İndiki virusun daha öldürücü olub-olmaması araşdırma nəticələrindən sonra bildiriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza