Modern.az

Təhsilhaqqı dövlət tərəfindən ödənilən tələbələrin SAYI

Təhsilhaqqı dövlət tərəfindən ödənilən tələbələrin SAYI

Aktual

16 Oktyabr 2020, 11:46

“Cəbhəyə könüllü gedən tələbələr geri dönəndən sonra təhsillərini davam etdirəcəklər”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Emin Əmrullayev bildirib.

E.Əmrullayev qeyd edib ki, sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qərar var:

“Keçən semestr 15 mindən çox tələbəyə ödənişlər edilib. Oktyabrın sonu, noyabrın əvvəli 12 min tələbə üçün yenidən təhsil haqqı ödənişi ediləcək. Bu il birinci kursa qəbul olan tələbələrə də müraciətlər əsasında müvafiq qaydada ödəniş edilməsi nəzərdə tutulub. Bu qayda ilə bu semestr 15 mindən çox tələbənin maliyyələşdirilməsini nəzərdə tuturuq”.

Nazir deyib ki, ən əsası tələbələrin cəbhədən zəfərlə geri dönmələridir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza