Modern.az

“Azərbaycanın hər bir kəndində təhsil müəssisi var” - Emin Əmrullayev

“Azərbaycanın hər bir kəndində təhsil müəssisi var” - Emin Əmrullayev

Aktual

16 Oktyabr 2020, 12:02

“Azərbaycanın hər bir kəndində təhsil müəssisi var. Biz inanırıq ki, işğaldan azad olunmuş ərazilərimizdə də təhsil üçün infrastruktur qura bilərik. Bu, bizim ən böyük arzumuzdur”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir qeyd edib ki, indiyədək 3500-dən artıq məktəb təmir olunub və ya yenidən tikilib:

 

“Cənab Prezidentin bu sahəyə daim diqqət və qayğısı özünü göstərir. Onu da qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən də məktəblərin təmir prosesi davamlıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza