Avqust ayının sonunda verilən qərara əsasən, 65 yaşdan yuxarı olan təhsil işçiləri tədrisə cəlb olunmurlar.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, yaşı 65-dən yuxarı olan, nəticələrinə görə mükafatlandırılmış müəllimlərlə müqavilə müddəti uzadılıb:
“Amma heç bir halda onlar məktəbə və ali təhsil müəssisiələrində işə getmirlər.
Ümid edirik ki, vəziyyət stabilləşdikdən sonra onlar normal olaraq işlərinə davam edə biləcəklər”.