Modern.az

İlham Əliyev: “Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini işğal etmək istədilər”

İlham Əliyev: “Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini işğal etmək istədilər”

Aktual

16 Oktyabr 2020, 17:19

“Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

 

“Amma hər 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”,- deyə, Prezident əlavə edib.


İlham Əliyev deyib ki, Hadrutda artıq neçə gündür, Azərbaycan bayrağı dalğalanır və Hadrutun ətrafında yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir:

“Hadrut götürülməsəydi, ondan sonra Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi. O zaman Füzulinin kəndləri də götürülə bilməzdi. Biz yalnız Hadrut istiqamətindən ora irəlilədik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza