Modern.az

Kürdəmirdə ağır qəza: 3 nəfər öldü

Kürdəmirdə ağır qəza: 3 nəfər öldü

4 İyul 2012, 11:34

Kürdəmir rayonu, Atakişili kəndində “KAMAZ” markalı yük avtomobili ilə “LADA” markalı minik avtomobili toqquşub. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində nəqliyyat vasitələri deformasiyaya uğrayıb, minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Cabbarov Əli Kiçik oğlu və şəxsiyyətləri məlum olmayan 2 sərnişin hadisə yerində ölüblər.

Hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə ilə əlaqədar  müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 02:20-də başa çatıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək