Modern.az

Baş Nazir istefa verən prezidentlə bağlı fərman imzaladı

Baş Nazir istefa verən prezidentlə bağlı fərman imzaladı

Aktual

16 Oktyabr 2020, 23:08

Qırğızıstan prezidenti vəzifəsini icra edən Baş Nazir Sadır Japarov, istefada olan keçmiş dövlət başçısı Sooronbay Jeenbekova eks-prezident statusu və bir sıra imtiyazlar verilməsi barədə fərman imzalayıb.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

Fərman imzalandığı andan qüvvəyə minir.

 

Fərmana görə, Jeenbekov ömür boyu dövlət müdafiəsi, “Ala-Arça” dövlət iqamətgahı ərazisində yaşamaq hüququ, xidməti avtomobil və xüsusi klinikada pulsuz tibbi yardım ilə təmin olunacaq.

 

Qeyd edək ki, S.Jeenbekov oktyabrın 15-də istefasını elan edib. Qanuna görə, parlamentin spikeri Kanat İsayev dövlət başçısı vəzifəsini icra etməli idi. Lakin o, imtina etdiyi üçün səlahiyyətlər Baş Nazir Japarova keçib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza