Azərbaycan Dillər Universitetində (ADU) 2011-2012-ci tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin “Məzun günü” keçirilib. Universitetin həyətində keçirilən tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediib.
ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov məzunlara gələcək həyatlarında uğurlar arzulayıb. Səməd Seyidov bildirib ki, tələbələr bu universitetdə vətəndaş kimi yetişir və formalaşır. Azərbaycanın səsinin Avropa Şurasından və digər təşkilatlardan gəldiyini deyən rektor bu sahədə ADU-nun rolunun da əvəzolunmaz olduğunu vurğulayıb.
Səməd Seyidov: “O gün olsun biz bu kimi tədbirləri Qarbağda, Xankəndində qeyd edək. Azadlıq deyərək bayrağımızı ucaldaq”.
ADU-nun Regionşunaslıq və Beynəlxalq münasibətlər fakültəsinin məzunu Gülnarə Həsənova Azərbaycan təhsilinə və elminə layiqli şəxslər kimi yetişməyində universitet rəhbərliyinin, dekanların böyük əməyi olduğunu vurğulayıb və ADU rəhbərliyinə, müəllimlərə öz təşəkkürünü bildirib. Valideynlər adından danışan Ədalət Abdiyeva öz növbəsində məzunları təbrik edib.
Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edilib. Tədbir maraqlı konsert proqramı ilə davam edib. Konsert proqramında ADU-nun Filologiya fakültəsinin 243-cü qrup tələbəsi Məzmuə Zeynallı, Fransız dili fakültəsinin IV kurs tələbəsi Bəhmən Aslanlı, Regionşunaslıq və Beynəlxalq nünasibətlər fakültəsinin 469-cu qrup tələbəsi Engin İşık çıxış ediblər. Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-nu fakültələr üzrə əyani şöbədə 1011, qiyabi şöbədə 80 nəfər, həmçinin universitetin magistraturasının əyani şöbəsini 123, qiyabi şöbəsini 36 nəfər magistr bitirir.



Modern.az