Modern.az

Bakı metrosu 16 gün işləməyəcək

Bakı metrosu 16 gün işləməyəcək

Aktual

17 Oktyabr 2020, 00:11

Bu gündən “Bakı Metropoliteni” QSC sərnişindaşıma fəaliyyətini dayandırıb.

 

Modern.az-ın məlumatına görə, bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq atılıb.

 

Bakı metrosunda fasilə 16 gün – 2 noyabr saat 06:00-a qədər davam edəcək.

 

Qeyd edək ki, son günlər Azəbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxmalar kəskin artıb. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 16-da verdiyi qərarla Bakı Metropoliteninin işi noyabrın 2-dək dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza