Modern.az

Fransanın eks-prezidenti cinayətkar birlik yaratmaqda ittiham olunur

Fransanın eks-prezidenti cinayətkar birlik yaratmaqda ittiham olunur

Aktual

17 Oktyabr 2020, 00:20

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni, həm də olduqca ciddi ittiham irəli sürülüb.



Modern.az xəbər verir ki, bu barədə “BFMTV kanalı Milli maliyyə prokurorluğundan aldığı infromasiyaya əsasən məlumat yayıb.



Sarkozi prezident seçildiyi 2007-ci ildə Liviya, daha doğrusu onun keçmiş lideri Muammər Kaddafi tərəfindən qanunsuz maliyyələşdirilməsi işində suçlanır.



Qeyd edək ki, hələ 2018-ci ildə Nikola Sarkozi Liviya dövlətinə məxsus maliyyə aktivlərini gizlətmək işi ilə bağlı “passiv korrupsiya” əməlində günahlandırılırdı. Keçmiş prezident buna görə tam dörd gün prokurorluq tərəfindən dindirilib. Həmin vaxt o, ittiham tərəfinin heç bir dəlil gətirmədən, sadəcə Muammər Qəzzafinin, onun oğlunun, qardaşı oğlunun, habelə livanlı biznesmen, silah taciri Ziyad Təkiəddinin bəyanlarına istinad etdiyini bildirmişdi. Üstəlik fransız lider onu ittiham edənləri “qatil və dələduzlar” adlandırmışdı.

Xatırladaq ki, hələ 2016-cı ildə Ziyad Təkiyəddin Nikola Sarkoziyə, onun yaxın adamı Klod Gean vasitəsilə 5 milyon dollar nağd pul verdiyini etiraf edib.



Bu işlə bağlı Nikola Sarkozinin ən yaxın dostlarından biri sayılan fransız biznesmen Tyerri Qober 2020-ci ilin yanvarın 31-də həbs olunub.

Ötən ilin noyabrında isə Fransanın keçmiş rəhbərinin adının hallandığı daha bir cinayət işi başlanılıb. Burada o, korrupsiya və qeyri-qanuni dinləmə həyata keçirməkdə ittiham edilir. İstintaqın rəyinə görə, Nikola Sarkozi vəkili Tyerri Erzoqun vastəsilə Kassasiya məhkəməsinin hakimi Jilber Aziberi hansısa konfidensial informasiyanı almaq üçün vəzifələndirib.



Nikola Sarkozi həmçinin 2007-ci il prezident kampaniyası zamanı dünyanın tanınmış markalarından “L`Oreal” şirkətini sahibi Lilian Betankurdan pul almaq ittihamı ilə də üzləşib. Dəlil yetərsizliyi səbəbindən onun yaxa qurtardığı tək iş məhz bu proses olub (musavat.com).

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza