Modern.az

AMİP sədri: “İctimai Palataya dair qadağa qoymamışam”

AMİP sədri: “İctimai Palataya dair qadağa qoymamışam”

4 İyul 2012, 12:37

Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Yusif Bağırzadə onun partiya üzvlərinə İctimai Palata ilə bağlı müəyyən qadağalar qoyması haqda deyilən fikirlərə münasibət bildirib. Y.Bağırzadə Modern.az-a açıqlamasında haqqında deyilənlərin yalan olduğunu bildirib.

“Deyilənlər yalandır, həqiqətə uyğun olmayan sözlərdir. Mən heç kimə İctimai Palata ilə bağlı heç nəyi qadağa etməmişəm. Hamı öz hərəkətində, öz fəaliyyətində azaddır.

Əsas məsələ üzvlərimizin hərəkətlərinin partiyanın maraqlarına uyğun olub- olmamasıdır. Əlbəttə, hər bir üzvümüz partiyanın maraqlarını, nizamnaməsini əsas götürərək fəaliyyət göstərməlidir. Lakin indiyə kimi mən partiya sədri olaraq heç kimə İctimai Palata ilə əlaqədar qadağalar qoymamışam. Bizim üzvlərimiz İctimai Palatanın Koordinasiya Şurasında deyil, aşağı strukturlarda işrtirak edirlər. Qeyd edim ki, milli istiqlalçılar öz fəaliyyətlərində azaddırlar”, - deyə AMİP sədri vurğulayıb.

Partiya sədri həmçinin İctimai Palatada təmsil olunması ilə bağlı isə məsələnin gündəmdə olmadığını bildirib.

Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadənin son zamanlar partiya üzvlərinə İctimai Palatanın iclaslarında iştirak etməmək barədə ciddi qadağalar qoyduğu bildirilir.

Anar RÜSTƏMOV

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək