Modern.az

“Ermənistanın hərbi-siyasi rəhbərliyi mütləq şəkildə cavab verməlidirlər” - Ombudsman

“Ermənistanın hərbi-siyasi rəhbərliyi mütləq şəkildə cavab verməlidirlər” - Ombudsman

Aktual

17 Oktyabr 2020, 04:38

“Ermənistan mülki əhaliyə qarşı hücumlarını davam etdirir. Belə ki, erməni silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saatlarında Gəncə şəhərində yerləşən əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə yenidən raket zərbəsi endirib. Hücum nəticəsində ilkin məlumatlara görə 3-ü uşaq olmaqla, 6 nəfər həlak olub, 34 nəfər isə yaralanıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

 

Səbinə Əliyeva qeyd edib ki, bu, hərbi cinayətdir və 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın,Uşaq hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarının kobud şəkildə pozulmasıdır:

 

“Müharibə cinayətinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi və bu cinayəti törədən şəxslər mütləq şəkildə cavab verməlidirlər”.

 

Qeyd edək ki, Gəncədən verilən son məlumata əsasən düşmənin raket hücumu nəticəsində şəhərdə ölən mülki şəxslərin sayı 12-yə çatıb, yaralıarın sayı 40-dan çoxdur. 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza