Modern.az

Ermənistanda 1 500-dən çox yoluxma qeydə alınıb

Ermənistanda 1 500-dən çox yoluxma qeydə alınıb

Aktual

17 Oktyabr 2020, 11:36

Ermənistanda koronavirusa yoluxanların sayı 63 000 nəfərə çatıb.

Modern.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 540 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

 

Bundan başqa, daha 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 067 nəfər koronavirusdan ölüb, 13 694 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza