Modern.az

“Paşinyan və Tonoyan Gəncədə törətdikləri hərbi cinayətlərə görə mütləq cəzalarını alacaqlar”

“Paşinyan və Tonoyan Gəncədə törətdikləri hərbi cinayətlərə görə mütləq cəzalarını alacaqlar”

Aktual

17 Oktyabr 2020, 12:00

“Paşinyan və Tonoyan Gəncədə törətdikləri hərbi cinayətlərə görə mütləq cəzalarını alacaqlar”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının sədri Azay Quliyev deyib. O, Füzuli şəhərinin azad edilməsinin düşmən ölkəyə ağır zərbə vurduğunu bildirib:

 

“Bu cəzanı ilk növbədə BMT-nin Təhlükəsizlik Şurası verməlidir. Oktyabrın 19-da toplanacaq Təhlükəsizlik Şurasından ədalətli və qətiyyətli qərar gözləyirik. Bu onların tarix qarşısında sınağı olacaq. Azərbaycan dövləti və ordusu isə torpaqlarımızı işğaldan azad etməklə bu caniləri cəzalandırmaqda davam edir.

 

Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin Füzuli şəhərinin işğaldan azad olunmasını elan etməsi, işğalçı ölkəyə vurulan ağır zərbə, Paşinyan və Tonoyana verilən növbəti cəzadır. Bu canilərə ən ağır cəzanı isə Şuşanı və Xankəndini işğaldan azad etdikdən sonra verəcəyik. Bu tarixi və şərəfli gün çox yaxındadır. İndiyə kimi ədalət mühakiməsindən heç bir cani qaça bilməyib. Xalqımız buna əmin olsun! Qarabağ Azərbaycandır!”.

 

 

Fidan ƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza