Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedir.
Modern.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
"Diplomatik korpus və hərbi attaşelərlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki şəxslərə qarşı barbar əməllərini görsün. Ermənistan məsuliyyətindən qaça bilməz", - deyə H.Hacıyev qeyd edib.
Xatırladaq ki, 17 oktyabr saat 01:00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib.
İndiyədək dağıntılar altından 52 yaralı və 13 cəsəd çıxarılıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.