Modern.az

Deputat: "Baş verənlər Paşinyanın və onun quldur dəstəsinin sonunu gətirəcək"

Deputat:

Aktual

17 Oktyabr 2020, 14:25

Döyüş əməliyyatlarının həyata keçirildiyi ərazidən uzaqda yerləşən, heç bir legitim hərbi obyektin olmadığı, Azərbaycanın əhalisinin sayına görə ikinci şəhəri olan Gəncənin növbəti dəfə işğalçı Ermənistan tərəfindən raket hücumuna məruz qalması, mülki vətəndaşların, o cümlədən uşaqların və qadınların qətlə yetirilməsi, yaralanması təcavüskar ölkənin ultramillətçi hərbi-cinayətkar rejiminin bütün insanlıq üçün nə qədər təhlükəli olduğunu sübuta yetirir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Azər Kərimli qeyd edib ki, gecə yarısı, yuxuda olan müdafiəsiz, köməksiz mülki şəxslərə qarşı ballistik raketlərdən istifadə edilməsi bəşər tarixində nadir hallarda rast gəlinən ağır müharibə cinayətlərindəndir: “Ermənistan mülki şəxslərə qarşı hətta III Reyxdən daha amansız, daha qəddardır. Bu, Hitler Almaniyası dövründə günahsız insanların, uşaqların, qadınların, yaşlıların qaz kameralarına göndərilməsinə bərabər tutulan insanlıq əleyhinə cinayətdir. Bu azərbaycanlılara qarşı həyata keçirilən növbəti, həm də daha qəddar, daha şərəfsiz, daha amansız soyqırım aktıdır. Ermənistanın Gəncədə törətdiyi qətliam erməni faşizminin, “dövlət” adı daşıyan hərbi-cinayətkar birliyin etnik zəmində törətdiyi amansız terror aksiyasıdır”.

 

 

Millət vəkili deyib ki, öz marqlarından dolayı bu və ya digər ölkəyə təzyiq üçün sıradanbir kriminal hadisəni “bəşəriyyət əleyhinə cinayət” kimi təqdim edən, nüfuz müvəkkillərinin ayağına daş dəyəndə bunu insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirən beynəlxalq təşkilatların, dünyaya humanizmdəın “dərs keçən” dövlətlərin Ermənistanın bu ağır hərbi cinayətlərinə göz yumması insanlıq adına utancdır: “Əgər BMT Təhlükəsizlik Şurası, ayrı-ayrı güc mərkəzləri və beynəlxalq təşkilatlar BMT Nizamnaməsinə, beynəlxalq hüquqa sayğı göstərib işğalçı Ermənistanı sülhə məcbur etsəydilər, Xocalı soyqırımının və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri digər insanlıq əleyhinə cinayətlərin cəzası verilsəydi, bu gün nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində dinc və günahsız insanların qanı tökülməzdi. Bu baxımdan, Gəncədə törədilən qətliama görə Ermənistanla yanaşı, bu insanlıq dramına göz yuman ölkələr və beynəlxalq təşkilatlar da məsuliyyət daşıyırlar”.

 

Azər Kərimli bildirib ki, baş verənlər Paşinyanın və onun quldur dəstəsinin sonunu gətirəcək: “Cənab Prezidentin də qeyd etdiyi kimi, “əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib,biz özümüz onları məsuliyyətə cəlb edəcəyik! Biz özümüz onların cəzasını verəcəyik! Özümüz onları cəzalandıracağıq! Və bizim cəzamız ədalətli olacaq!” Bunu heç kim yaddan çıxarmasın! Ermənistanın işğalına son qoyulacaq, bu bölgədə quldurların, terroristlərin, müharibə cinayətkarlarının izi də qalmayacaq!”

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza