Modern.az

Millimiz FİFA reytinqində irəliləyib

Millimiz FİFA reytinqində irəliləyib

4 İyul 2012, 14:05

FİFA bu gün milli komandaların iyul ayı üçün yeni reytinq siyahısını açıqlayıb.  Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 4 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 308 xalla 108-ci pillədə qərarlaşıb. 

"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinə məxsusdu. Prineylilər 5 pillə irəliləyərək 1213 xalla 5-ci sıraya yüksəlib. Rusiya yığmasının mövqeyində isə heç bir dəyişiklik olmayıb. Qonşularımız 981 xalla 13-cü pillədə qalıb. İsrail isə (-1) 82-ci, Şimali İrlandiya (1) 102-ci, Lüksemburq isə (11) 110-u mövqedə qərarlaşıb.

Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionlarının aktivində 1691 xal var. Almaniya millisi 1502 xalla (1) ikinci, Uruqvay isə 1297 xalla (-1) üçüncüdür.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək