Modern.az

Qənirə Paşayeva BMT-də çağırış edib

Qənirə Paşayeva BMT-də çağırış edib

4 İyul 2012, 13:20


Millət vəkili Qənirə Paşayeva BMT-də ECOSOC-un Yüksək Səviyyəli Toplantısı çərçivəsində BAMF-ın keçirdiyi  “Dayanıqlı və əsaslı inkişaf istiqamətində işləyən donor və tərəfdaşların toplantısı” adlı tədbirdə çıxış edərək Ermənistanın işğalçılıq siyasərindən danışıb və BMT-ni qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində səyləri və təzyiqləri artırmağa çağırıb:

Xanımlar və cənablar! Hörmətli toplantı iştirakçıları!    

Minilliyin İnkişaf Məqsədlərində də göstərildiyi kimi, bütün fəlakətlərin baş verməsinin səbəbləri müharibələr, milli və hərbi zəmində baş verən münaqişələrdir. Bildiyiniz kimi, Azərbaycan da 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən hərbi münaqişəyə cəlb olunub, hal-hazırda ölkə ərazisinin 20 faizi işğal altındadır.

Mən 20 ildir ki, öz evlərinə dönə bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışmaq istəyirəm.

1988-ci ildə Ermənistan rəhbərliyi etnik təmizləmə siyasəti apararaq 300 min azərbaycanlını Ermənistandan öz yürd-yuvasından, öz tarixi vətənindən, öz ev-eşiyindən zorla. əziyyət edərək qovdu. Bu gün Ermənistanda bir nəfər belə azərbaycanlı yaşamır. Bu gün Ermənistandan qaçqın düşən 300 min azərbaycanlı qaçqın həyatı yaşayır və öz torpağına dönə bilmirş Bəli, bir cinayətin cəzasız qalması mütləq ikincisini doğurur. İnsan haqlarının bu cür kütləvi və kobud şəkildə pozulmasına beynəlxalq ictimaiyyətin və təşkilatların laqeyd münasibətinin nəticəsi idi ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək orada etnik təmizləmə siyasəti apardı.1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.

Onlar öz evlərini,bütün əmlaklarını, iş yerlərini itirdilər.  BMT təhlükəsiklik şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq Ermənistna silahlı qüvvələri bu gün də işğal etdiyi ərazilərdən çəkilmir, 1 milyon insanın  20 ildir ki, öz yurd-yuvasına, evinə qayıtmasına imkan vermir. Onların insan haqları Ermənistan rəhbərliyi tərəfindən pozulmaqda davam edir. Bundan ağır insan haqları pozuntusu ola bilərmi? Bundan ağır faciə ola bilərmi? Biz

BMT başda olmaqla bütün beynəlxalq təşkilatları bu məsələyə diqqəti artırmağa çağırırıq. Bu gün bütün dünya məkanında bunun analoqu yoxdur. 9 milyonluq Azərbaycan dövlətinin 1 milyonu qaçqn və məcburi köçkün həyatı yaşayır.  1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün insan  üzünü sizə tutaraq onların Ermənistan tərəfindən pozulan insan haqlarının müdafiəsini gözləyir. 

20 ilə yaxındır ki, yüzlərlə azərbaycanlı Ermənistanda əsir və girov saxlanılır.  Ermənistan onları azad etməkdən imtina edir, onlara əziyyətlər verilir. O, insanlar sizdən onların pozulan haqlarının müdafiəsini gözləyir. Bu baxımdan BMT və digər beynəlxalq təşkilatlar harada, kim tərəfindən və kimlərə qarşı törədilməsindən asılı olmayaraq insan haqlarının kobud şəkildə pozulması hallarına qarşı daim sərt mövqeyini ortaya qoymalı və onun qarşısının alınması istiqamətində əlində olan bütün mexanizmlərdən istifadə etməlidir.

1990-93—cü illərdə Ermənistanın Azərbaycan ərazlərinin 20 faizini işğal etməsi, işğal etdiyi ərazilərdə apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 mindən çox azərbaycanlı həlak olub, 60 mindən çox insan isə əlil olub. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Təbii ki, yaşadıqları o ağır faciə, uzun illərdir yaşadıqları qaçqın və məcburi köçkün həyatı bu insanların fiziki və psixoloji sağlamlıqlarına ciddi təsir göstərmişdir ki, bu da əlillərin sayının artmasına səbəb olmuşdurş

Azərbaycanda bu gün 420 min əlil var ki, onların 15 faizini də uşaqlar təşkil edir.Bu insanların çoxu xalqımızın son 20 il ərzində üzləşdiyi faciələr nəticəsində sağlamlıqlarını itirmiş və əlil insanlara çevrilmişlər.

  Mən Azərbaycanın Ermənistanla sərhəd bölgəsini təmsil edən millət vəkiliyəm. Ermənistan silahlı qüvvələri bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları mövqelərindən Azərbaycan kəndlərini snayperlərlə atəşə tutaraq öz həyətində, tarlasında işləyən insanları yaralayır, qətlə yetirirlə. Mən cəbhə bölgəsini təmsil edən millət vəkiliyəm və dediklərimi yerində görmək istəyən hər bir kəsi ölkəmə dəvət edirəm.     

Ermənistan qoşunlarının Azərbaycanın ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə BMT-nin qəbul etdiyi 4 qətnamə təəssüf ki, bu günədək icra olunmayıb. 1 milyona yaxın azərbaycanlı qaçqın-köçkün həyatı sürür. Azərbaycanın üzləşdiyi bu ədalətsizliyə hələ də son qoyulmur. Təbii ki, bütün sahələrdə sürətlə inkişaf etməsinə və regionun lider dövlətinə çevrilməsinə baxmayaraq, Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmaması ev-eşiyindən didərgin düşmüş insanların normal yaşamasına böyük maneə yaradır, müharibənin təsirinə məruz qalan regionların sosial-iqtisadi inkişafının ləngiməsinə səbəb olur. Bütün bunlar kasıbçılığın, təhsildə olan problemlərin aradan qaldırılmasını, gender məsələlərinin, ətraf mühitin mühafizəsinin, sağlamlıq məsələlərinin, davamlı inkişaf strategiyalarının həyata keçirilməsinin həllini çətinləşdirir. Mən beynəlxalq qurumları, donor təşkilatları dünyanın hansı guşəsində olmasından asılı olmayaraq, məhz bu cür həssas məsələlərin həllinə, insanların kasıbçılıqdan və aclıqdan xilas olmasına, dinc və əmin-aman yaşamasının təmin olunmasına yönələn layihələrə dəstək olmağa çağırıram.

Hörmətli toplantı iştirakçıları!

Biz gündən-günə qloballaşan bir dünyada yaşayırıq və regionundan, milliyyətindən, irqindən, dinindən asılı olmayaraq  bu dünyada normal, sağlam və əmin-aman yaşamaq, təhsil almaq, fəaliyyət göstərmək hər bir insanın haqqıdır. Minilliyin məqsədlərinə nail olmaq üçün insanlığı sevən hər kəs öz töhfəsini verməli, bütün sferalarda bücarıqlar səfərbəır olunmalı və təşəbbüslər dəstəklənməlidir. Beynəlxalq qurumlar və donor təşkilarlar vətəndaş cəmiyyətləri ilə bir araya gəlməli, onlar arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələri möhkəmlənməli və inkişaf etməli, ən zəif ölkələrdə belə bərabər və dayanıqlı iqtisadi inkişafa nail olmaq strateji məqsədə çevrilməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək