Modern.az

Nazirlik Daşkəsəndə “yoxa çıxan” Olimpiya Kompleksi barədə: “Bununla bağlı cavab vermək istəmirik”

Nazirlik Daşkəsəndə “yoxa çıxan” Olimpiya Kompleksi barədə: “Bununla bağlı cavab vermək istəmirik”

4 İyul 2012, 14:44

Mətbuatda Daşkəsən rayonunda tikilən 1 milyon 600 min manatlıq Olimpiya Kompleksinin inşasına ayrılan vəsatin mənimsənildiyi barədə məlumat ciddi rezonans doğurub.
Yayılan məlumatlara görə, kopmpleksi rəsmi sənədlərdə göstərildiyi kimi sel aparmayıb, əslində orada heç daşı-daş üstünə qoymayıblar.

Modern.az məsələ ilə bağlı rəsmi qurumdan münasibət öyrənməyə çalışıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova sadəcə bildirib ki, onlar bununla bağlı heç bir açıqlama vermək istəmirlər:

“Əgər məsləhət olsa, mediaya məlumat yayacağıq. Amma hazırda bununla bağlı cavab vermək istəmirik”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək