Modern.az

AB prezideti İrəvanda Qarabağdan danışdı

AB prezideti İrəvanda Qarabağdan danışdı

4 İyul 2012, 15:28

“Vətəndaş cəmiyyətinin iştirakı olmadan Qarabağ münaqişəsinin həlli uğursuzluğa düçar ola bilər”

Modern.az-ın News.am saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Avropa Birliyinin prezidenti Herman Van Rompey bildirib.

Erməni deputatlarla görüşündə Dağlıq Qarabağ münaqişəsinə toxunan Rompey tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.

AB rəhbəri münaqişənin həllinin vacib olduğunu hesab edərək müsbət nəticələrin regionda sabitliyə yol açacağını vurğulayıb.

Qeyd edək ki, Herman Van Rompeyin Azərbaycana səfəri gözlənilir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək