Modern.az

Tbilisidə Azərbaycana dəstək aksiyası keçirilir

Tbilisidə Azərbaycana dəstək aksiyası keçirilir

Aktual

18 Oktyabr 2020, 12:36

Gürcüstanın paytaxtı Tbilisidə, parlament binası qarşısında Azərbaycana dəstək məqsədi ilə dinc aksiya keçirilir.

 

Modern.az xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə keçirilən aksiyada Gürcüstanın müxtəlif bölgələrindən olan soydaşlarımız iştirak edir.

 

Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hərbi cinayətlər törətməsinə, eləcə də Azərbaycan ərazilərini qanunsuz olaraq işğalda saxlamasına etiraz edirlər.

 

Aksiyaçılar şəhər sakinlərini Ermənistanın təcavüzkarlıq siyasəti barədə məlumatlandırıblar. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza