Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Veysəloğlu" MMС-nin Salyan şəhəri 20 Yanvar küçəsindəki filialının inzibati binasından, oranın müdiri Bəhruz Talıbovun iş otağındakı seyfdən 100737 manat pulu oğurlayan Salyan şəhər sakinləri Elvin Yüzbaşov və Hafiz Xudaverdiyev tutulub.
Qeyd edək ki, hadisə 2011-ci il avqustun 7-də Salyan rayonunda baş verib.
Modern.az