Erməni silahlı qüvvələri Tərtər rayonunu yenidən atəşə tutub.

 

Modern.az Trend-ə istinadən məlumat verir ki, şəhərə gecə saatlarından başlayaraq ağır artilleriya zərbələri endirilib.

 

Hadisə nəticəsində 2 mərmi Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbinə düşüb. Hadisə nəticəsində məktəbin sinif otaqları dağılıb, məktəbə ciddi ziyan dəyiib.