Modern.az

Mustafa Şentop: \"Dualarımız daim Azərbaycanladır\"

Mustafa Şentop: \

18 Oktyabr 2020, 16:44

"Haqlı davasında Azərbaycanı dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etdik. Bunları Bakıda da təkrar ifadə edəcəyik, bundan məmnunluq duyacağıq”.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, qardaş Azərbaycanın müstəqillik gününü təbrik edir:

 

“Azərbaycan bayrağının bu torpaqlarda dalğalanması üçün də daim təmənni və dua edirik. Bu, sadəcə mənim fikrim deyil, parlamentimizin və Türkiyədəki 83 milyonun fikridir. Onların da duaları daim Azərbaycanladır”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI