Modern.az

İstifadəçilərin 30 faizi genişzolaqlı internetdən faydalanır

İstifadəçilərin 30 faizi genişzolaqlı internetdən faydalanır

4 İyul 2012, 18:08

Son illər ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində qeydə alınan yüksək inkişaf fonunda sektor üzrə uğurlu nəticələr əldə olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Modern.az-a bildirib ki, aparılan son statistik hesablamalara görə, hazırda ölkə üzrə hər 100 nəfərə 48, paytaxtda isə 78 kompüter düşür. Regionlarda hər 100 nəfərə düşən kompüter istifadəçilərinin sayı isə 45-ə bərabərdir. “Bakıda əhalinin 89.5 faizi internetdən istifadə edir. Regionlarda isə bu göstərici 60 faizdən çoxdur”.

M. Əmirov qeyd edib ki, ümumilikdə respublika üzrə istifadəçilərin sayı 65 faizdir ki, bunun da 30 faizi genişzolaqlı internetdən faydalanır. “Bundan başqa, hər 100 nəfərə düşən mobil telefonların sayı isə 110-dur. Bütün bunlar ümumdünya orta göstəricilərini 2 dəfə qabaqlayır”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək