Modern.az

Ermənistanın hücumları ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq

Ermənistanın hücumları ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq

Aktual

19 Oktyabr 2020, 17:19

“Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub”.

 

Modern.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki,  Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı hər bir fakt Azərbaycan Baş Prokurorluğu tərəfindən sənədləşdirilir.

 

«Cinayət işləri başlanır, materiallar toplanır» - deyə Hikmət Hacıyev əlavə edib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza