Modern.az

Azərbaycanın Qazaxıstandakı səfirliyi anım mərasimi təşkil edib - FOTOLAR

Azərbaycanın Qazaxıstandakı səfirliyi anım mərasimi təşkil edib - FOTOLAR

Aktual

19 Oktyabr 2020, 17:56

Bu gün Qazaxıstanın Nursultan şəhərindəki Azərbaycanın səfirliyində anım tədbiri keçirilib.
Ermənistanın Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə hücumu nəticəsində, həmçinin digər bölgələrdə raket atışı zamanı həlak olan körpələrin, günahsız mülki şəxslərin xatirəsini anmaq məqsədilə Azərbaycan səfirliyinə olunan çoxsaylı vətəndaş müraciətlərinə görə həmin faciəvi hadisələri əks etdirən anım guşəsi hazırlanıb. Anım tədbirinə gələn insanlar erməni terrorçularının gecə yatdığı yerdə qətlə yetirilən körpələrin və dinc əhalinin, dağıdılmış yerlərin fotoşəkillərini götürüb səfirliyin hasarıının divara yapışdıraraq öz etirazlarını bildirirdilər.
Başsağlığına gələn Qazaxıstan xalqının nümayəndələri Azərbaycan səfirliyinin qarşısına gül çələngləri, uşaq oyuncaqları və yanan şamlar gətirirlər.
Konfliktin başlanma səbəbi ilə bağlı Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov açıq brifinq keçirərək, 1949-cu il Cenevrə Konvensiyasının şərtlərinin hər gün erməni terrorçuları tərəfindən pozulduğunu, Azərbaycanlıların öz tarixi torpaqlarını geri almaq üçün Vətən savaşına başladıqları barədə ətraflı məlumat verib. Bu günə qədər ermənilərin nə qədər uşaqlarımızı öldürdüyünü bildirib. Azərbaycan səfirliyinə gələn Qazaxıstan vətəndaşları –rus, koreyalı, qazax və s. millətdən olan insanlar öz çıxışlarında mülki vətəndaşlara qarşı keçirilən terroru bəşəri cinayət adlandırıblar. Anım tədbiri davam edir. Azərbaycana başsağlığı verməyə gələn insanların sayı azalmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza